Bakıda qadın eyni vaxtda 3 kişini necə aldatdı?
28 dekabr 2014 11:47 (UTC +04:00)

Bakıda qadın eyni vaxtda 3 kişini necə aldatdı?

0

Bakıda qadının törətdiyi dələduzluq əməli ilə bağlı polisə bir neçə şikayət ərizəsi daxil olub. Lent.az-ın məlumatına görə, Masallı rayon sakini, 1964-cü il təvəllüdlü Xəlilov Ehtiram Malik oğlu müraciət edərək bildirib ki, bu il martın 15-də paytaxt sakini Dilbər Süleymanovaya Badamdar qəsəbəsi, 3-cü massiv adlanan ərazidə 3 sot torpaq almaq üçün 5500 manat verib. Lakin qadın vədinə əməl etməyib və pulu geri qaytarmayıb.

 

Bundan başqa Ağdam sakini, 1975-ci il təvəllüdlü Şirinov Nurəddin Nüsrət oğlu və Masallı sakini, 1970-ci il təvəllüdlü Nurullayev Məhəmməd Yusif oğlu da eyni şikayətlə polisə müraciət edib. Onların hər biri Dilbər Süleymanovaya yuxarıda qeyd edilən ərazidə 3 sot torpaq almaq üçün 3 min manat verdiklərini və aldandıqlarını qeyd ediblər.

 

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar