Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 11-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Lalə Rzayeva evində dəm qazından zəhərlənərək ölüb.
Nazirliyin məlumatına görə, Bakıda daha 2 nəfər dəm qazından boğulub. Dekabrın 13-də paytaxtın Nizami rayonu ərazisində yaşayan Sevinc İbrahimova və Xətai rayonu ərazisində yaşayan Dövlətgəldi Qurbanov mənzillərində dəm qazından zəhərlənərək ölüb.
Hər 3 faktla əlaqədar araşdırmalar aparılır.