Bakıda qaçırılmış “Mercedes” Masallıda tapılıb
24 aprel 2014 10:16 (UTC +04:00)

Bakıda qaçırılmış “Mercedes” Masallıda tapılıb

Bakıda avtomobil qaçırmış şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 20-də X.Məmmədov küçəsində Bakı şəhər sakini Nizami Həndəmova məxsus «Mercedes» markalı avtomobil qaçırılıb. Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobil aprelin 23-ü saat 02:30 radələrində Masallı rayonu ərazisində saz vəziyyətdə tapılıb. Avtomobili qaçıran Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Anar Nemətov tutulub.

 

Araşdırmalar davam etdirilir.

# 652
avatar

Oxşar yazılar