Bakıda polisi öldürüb, silahını satan şəxslə bağlı <span style="color:red;">YENİ XƏBƏR
07 noyabr 2014 14:04 (UTC +04:00)

Bakıda polisi öldürüb, silahını satan şəxslə bağlı YENİ XƏBƏR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis nəfərini öldürməkdə təqsirli bilinən Natiq Orucov və Rafiq Nurmətovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hal şahidləri ifadə veriblər. İttiham olunan şəxslər isə çıxışlarında özlərini qismən təqsirli bildiklərini deyiblər. Məhkəmə prosesi noyabrın 14-də davam etdiriləcək.

 

Qeyd edək ki, 2004-cü il avqustun 4-də naməlum şəxs Babək prospektində xidmət aparan Nizami rayon Mühafizə İdarəsinin polis nəfəri Asif Həmidovu qətlə yetirib və ona məxsus «Makarov» tipli xidməti tabel silahını götürərək hadisə yerindən qaçıb. Faktla əlaqədar Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 və 232.2.3-cü maddələri ilə cinayət işi başlanıb. Əməliyyat yolu ilə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı Rafiq Nurmetov bu ilin aprelində, hadisədən 10 il sonra saxlanılıb.

 

Rafiq Nurmetov istintaqa ifadəsində bildirib ki, 2004-cü il avqustun 4-də gecə saatlarında sərxoş halda polis əməkdaşına yaxınlaşıb və aralarında yaranmış münaqişə zəminində yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyəsinə bir neçə zərbə vurub, huşsuz vəziyyətdə olduğunu görüb xidməti silahını götürərək qaçıb. Hadisədən iki ay sonra Rafiq Nurmetov həmin tapançanı 600 Amerika dollarına Əhmədli qəsəbəsində yaşayan Natiq adlı şəxsə satıb.

İstintaq-əməliyyat tədbirlərini davam etdirən hüquq-mühafizə orqanlarının əməkdaşları Bakı şəhər sakini, əvvəllər ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə məhkum olunmuş 44 yaşlı Natiq Orucovu da saxlayıb. O, Rafiq Nurmetovdan aldığı silahı Binə qəsəbəsində yaşayan qardaşı Tofiqə məxsus evin həyətində gizlətdiyini etiraf edib. Göstərilən ünvana baxış zamanı içərisində 8 ədəd patronu olan sandıqça ilə birlikdə «Makarov» tipli tapança, 23 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 qumbarası və 1 qutu tratil aşkar olunaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1857
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43