Yanvarın 20-də axşam saatlarında Bakı şəhərinin Suraxanı rayonu ərazisində törədilmiş qətl hadisəsinin üstü açılıb. Suraxanı Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisindəki parkda 1988-ci il təvəllüdlü Ağayev Elxan Akif oğlunun Elnur və Tural Abdullayev qardaşları tərəfindən bıçaqlanaraq öldürülməsi müəyyən edilib. Dərhal əməliyyat tədbirləri həyata keçirilib və hadisəni törətmiş qardaşların saxlanılması üçün polis işə başlayıb. Qardaşlar yaxalanacaqlarını yəqin etdikdə, T.Abdullayev bıçaqla özünə xəsarət yetirib. Buna baxmayaraq, hər iki şəxs tutularaq istintaqa təhvil verilib.
Sonrakı araşdırmalar nəticəsində məlum olub ki, hadisəni törətmiş Abdullayev qardaşları anadangəlmə ruhi-əsəb xəstələridir.
Hazırda 25 yaşlı E.Ağayevi qətlə yetirilməsi olayı ilə bağlı araşdırmalar davam etdirilir.