Bakıda polis ailəsi ilə birgə ağır qəzaya düşdü
24 aprel 2013 11:36 (UTC +04:00)

Bakıda polis ailəsi ilə birgə ağır qəzaya düşdü

Bakı şəhərinin Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Qazax yolunun 20-ci kilometrliyində 46 Bəhruz Talıbovun idarə etdiyi “VAZ-2107” markalı və 22 yaşlı İntiqam Acalovun sürdüyü “Mercedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə B.Talıbov hadisə yerində ölüb. Onun övladları - 15 yaşlı Əli, 12 yaşlı Məhəmməd və 13 yaşlı Sevinc, həmçinin digər sürücü ağır xəsarət alıblar.

 

Faktla bağlı araşdırma aparılır. Milli.az saytının məlumatına görə, B.Talıbov Səbail rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməkdaşı, polis serjantı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

Oxşar yazılar