Bakıda Pakistan vətəndaşı oğurluq edib.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Elman Buludxan oğlu Heydərov ərizə ilə polisə müraciət edərək bildirib ki, ötən gecə saat 01:15 radələrində rəhbərlik etdiyi “CDC Ltd.” şirkətinin anbarından açar seçmə yolu ilə 300 manat dəyərində meyvə-tərəvəz məhsulları oğurlanıb.
Şirkətin təhlükəsizlik kamerasına baxış keçirilərkən məlum olub ki, oğurluq hadisəsini həmin şirkətdə aşpaz işləyən Pakistan vətəndaşı, 1984-cü il təvəllüdlü Afzal Vasim törədib.
Faktla bağlı araşdırma aparılır.