İyunun 15-də Bakı şəhərinin Xətai rayonu ərazisində özünü 9 mərtəbəli binadan atan qadın dünyasını dəyişib. Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, Xocalı prospekti 20/22 ünvanındakı 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən özünü atan 1961-ci il təvəllüdlü Nersova Valeriya Yuriyevnanın həyatını həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Məlumata görə, qadın özünü atmaq istəyərkən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu əraziyə gəlib və brezent açaraq qadını xilas edib. Lakin 5-ci mərtəbədən özünü atan V.Nersovanın başı aşağı mərtəbədəki mənzilin eyvanını məhəccərinə dəyib və o ağır xəsarət alıb.
Hadisə vaxtı 52 yaşlı V.Nersova evdə tək alıb və xeyli spirtli içki qəbul edib.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.