Binəqədi rayon Polis Şöbəsinə qrup şəkilində cinsi təcavüzə məruz qalmış qadın tərəfindən şikayət daxil olub. Lent.az-ın vesti.az-a istinadən verdiyi məlumatına görə, 25 yaşlı Gunel. M aprelin 15-nə keçən gecə Musa adlı cavan oğlan və adını bilmədiyi digər şəxs tərəfindən Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən “Volkan” otelində təcavüzə məruz qalıb.
Qadın bildirib ki, o, Musa ilə görüşməli imiş. Ancaq Musa otel otağına qəflətən başqa bir nəfəri də dəvət edib. Qadın müqavimət göstərsə də, hər iki şəxs onunla qrup şəklində cinsi əlaqədə olub.
Faktla bağlı araşdırmalar aparılır. Əməliyyatçılar şikayətçi qadının yüngül həyat tərzi keçirdiyini və şikayətin də onun “razı salınmaması”na görə edildiyini güman edir.