Sürcülük vəsiqəsi olmayan şəxsin məhkəməsi başladı
19 yanvar 2015 13:36 (UTC +04:00)

Sürcülük vəsiqəsi olmayan şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Əlixan Səfərovun cinayət işi üzrə məhkəməyə start verilib. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirlib. Məhkəməyə baxış yanvarın 26-a təyin edilib.

Qeyd edək ki, ağır yol-nəqliyyat hadisəsi keçən il iyul ayının 10-da Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. 90-SK-925 dövlət nişanl “Volksvaqen” markalı avtomobil manvr edərkən aşıb. Hadisə nəticəsində sürücü 1983-cü il təvəllüdlü Əlixan Səfərov, sərnişinlər-  Rasim Əliyev, Mayisə Şirəliyeva, Əsgər Məhərrəmov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan Əsgər Məhərrəmovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar zamanı avtomobili idarə edən Əlixan Səfərovun sürücülük vəsiqəsi olmadığı məlum olub.

Əlixan Səfərova Cinayət Məcəlləsinin 263.3.2(ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)-ci maddəsi ilə cinayət işi açılıb.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205

Oxşar yazılar