Bakıda oğurluqla məşğul olan qrup üzvləri saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Azadlıq prospektində yerləşən və Eldəniz Əzizovun işlədiyi mağazaya gələn şəxslər onun başını qataraq 1 ədəd DVD pleyr, 1 ədəd noutbuk və iki ədəd telefon üzlüyünü oğurlayıblar. Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri Kamran Bəkirov, onun həyat yoldaşı Pərvanə Nadirova və qohumu Mirazik Dərviş tutulub.
Faktla bağlı araşdırma aparılır.