Bakıda oğurluq edən 2 nəfərə 20 il həbs
17 noyabr 2014 13:00 (UTC +04:00)

Bakıda oğurluq edən 2 nəfərə 20 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Cavanşir Hüseynov və Nizaməddin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 


Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Cavanşir Hüseynov 11 il, Nizaməddin Qurbanov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

 


Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunublar. Onlar Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Səlcuq Elçin

Oxşar yazılar