Bakı şəhərinin Badamdar qəsəbəsində 14 yaşlı qızın qardaşı tərəfindən qətlə yetirilməsinin səbəbi məlum olub. Lent.az-ın məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib. 17 yaşlı N.Baxışlı bacısını qətlə yetirdikdən sonra polis tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.
****
09:34
Martın 3-də Bakı şəhərinin Səbail rayonu ərazisində dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Badamdar qəsəbəsi Birinci Bağlar küçəsi ev 23-də 1996-cı il təvəllüdlü Baxışlı Nicat Çingiz oğlu bacısı 1999-cu ildə anadan olmuş Baxışlı Böyükxanım Çingiz qızını qətlə yetirib. 17 yaşlı oğlan özündən 3 yaş kiçik bacısının kürək nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib. 14 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən N.Baxışlı və onun bacısı məktəblidir. Faktla əlaqədar cinayət işi başlanılıb, qətlin səbəbləri araşdırılır.