Ötən gün saat 15:52 radələrində Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinin təhqiqatçısı Həsən Səfərovun anspress-ə bildirib ki, Sarayevo küçəsi 7, mənzil 98 ünvanında yaşayan 4 yaşlı Elgün Anar oğlu Aslanzadə 4-cü mərtəbədən yıxılıb.
Uşaq hündürlükdən yıxılmasına baxmayaraq sağ qalıb. Onun yalnız qabırğaları sınıb. Kliniki Tibbi Mərkəzə yerləşdirən Elgün Aslanzadənin həyatı üçün heç bir təhlükə yoxdur.
“Uşaq evdə anası ilə olub. O, nəzarətsiz qalıb. Uşaq eyvana çıxaraq pəncərədəki tora söykənib. Tor onu saxlamayıb və yerə yıxılıb. Hadisə sırf ehtiyatsızlıqdan baş verib”, - deyə Həsən Səfərov bildirib.