Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər giriş qapısını açıb və mənzilə baxış keçirərkən 1945-ci il təvəllüdlü Rəhimova Sevil Sadiq qızını huşsuz vəziyyətdə aşkarlayıblar. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S.Rəhimovanın vəfat etdiyi müəyyən olunyb. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:47-də başa çatıb.

Oxşar yazılar

Gəncə sakini bıçaqlandı
8 iyul 2025 , 00:33Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
7 iyul 2025 , 22:47
Abşeron Gənclər şəhərciyində partlayış: Yaralananlar var - VİDEO - YENİLƏNİB
7 iyul 2025 , 22:34
Şəmkirdə istixana yandı
7 iyul 2025 , 21:15
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi
7 iyul 2025 , 21:01
Qubada gənc oğlanın meyiti tapıldı
7 iyul 2025 , 19:33
İranla sərhəddə birgə əməliyyat: 42 kilo narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
7 iyul 2025 , 18:55