Martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində meyit tapılıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, meyiti aşkarlanan şəxsin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sabir Qurbanov olduğu müəyyən edilib. Onun bıçaqla qətlə yetirildiyi bildirilir.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş onunla qeyri-rəsmi nikah münasibətlərində olan Bakı şəhər sakini Yelena Maxrova tutulmuşdur.
Faktla bağlı araşdırmalar aparılır.