Bakıda məktəbdə silahlı insident: <span style="color:red;">şagirdi bıçaqla hədələdilər
26 yanvar 2015 14:25 (UTC +04:00)

Bakıda məktəbdə silahlı insident: şagirdi bıçaqla hədələdilər

Bakıda məktəbdə quldurluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 24-də Bakı şəhər sakini Elşən İsmayılov Xətai RPİ 35-ci PB-yə müraciət edərək, 221 saylı orta məktəbdə naməlum şəxsin onun oğlu Aydını bıçaqla hədələyib, 5 manatını almasını bildirib.

35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Nurlan Musayev saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214

Oxşar yazılar