Bakıda məktəblilərin daha çox keçdiyi yolda quraşdırılmış işıqfor işləmir. Lent.az-ın məlumatına görə, bu barədə avtosfer.az saytına bildirilib.
Belə ki, metronun «Xalqlar dostluğu» stansiyasından Babək prospektinə düşən yolda 1-ci işiqfor işləmir. Şagirdlərin valideynləri bildirir ki, həmin ərazidən gün ərzində xeyli məktəbli keçir: "Bir çox məktəblinin ölümü və yaralanması ilə nəticələnən qəzalar baş verəndən sonra orada işiqfor quraşdırılıb. Amma yanvarın 9-dan etibarən həmin işıqfor işləmir. Nəticədə böyük narahatlıq yaranıb. Xahiş edirik ki, yeni bir hadisə baş verməmiş bu problem aradan qaldırılsın".