Bakıda məktəbli qıza qarşı zorakılıq edilib. Lent.az-ın milli.az-a istinadən məlumatına görə, naməlum şəxs orta məktəbin 10-cu sinif şagirdi olan L.B.-nı döyərək ona xəsarətlər yetirib.
Zərərçəkmişin yaxınları bildiriblər ki, məktəbli dərsdən evə qayıdarkən arxasınca bir nəfər kişi düşüb. Təxminən 30-35 yaşlarında olan, qara gödəkçə geyinmiş şəxs qızı izləyərək yaşadığı Xətai rayonu, Zığ yolu, ev 36-ya gəlib. Qızın arxasınca liftə girən şəxs onun evin qapısını açmasını gözləyib. Qapını açan kimi içəri soxulan şəxs L.B.-ni döyməyə başlayıb. Yumruq-təpik zərbələri ilə ona xəsarət yetirən məktəbli qan içərisində işdə olan anasına məlumat verib.
Hazırda zərərçəkmişə tibbi yardım edilməsi üçün təcili yardım çağırılıb, polisə müraciət olunub.
Faktla bağlı araşdırma aparılır.