Dekabrın 20-də Bakıda polisə məktəbli oğlanın itkin düşməsi barədə məlumat daxil olub. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, bina 139 mənzil 117-də yaşayan 1956-cı il təvəllüdlü Qalina Vladimrovna nəvəsinin itkin düşməsi barədə məlumat verib. Qadın bildirib ki, nəvəsi, 2001-ci il təvəllüdlü Səlimov Rüfət Feliks oğlu dekabrın 18-də dərsə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb. 2 gün ərzində nəvəsini axtaran qadın daha sonra polisə müraciət etmək qərarına gəlib.
Hazırda polis müraciət əsasında axtarışlara başlayıb.