Bakıda mebel sexi yandı
30 iyun 2016 04:12 (UTC +04:00)

Bakıda mebel sexi yandı

0

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan mebel istehsalı sexinin dam örtüyü və içərisində olan taxta məmulatları 30 kv.m sahədə yanıb.

 

Sexin qalan hissəsi və içərisində olan hazır məhsullar yanğından mühafizə olunub .Yanğın saat 01:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar