Nərimanov RPİ CAŞ və 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Ceyhun Qəhrəmanovdan 1,219, Vüqar Rüstəmovdan isə 1,310 qram tiryək götürülüb. Bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Müəyyən edilib ki, onlar 2013-cü il noyabrın 7-nə keçən gecə, Ə.Əlizadə küçəsində yaşayan Vüsalə Nəsibova məxsus «Nissan» markalı, noyabrın 16-da Ə.Rəcəbli küçəsində Günay Quliyeva məxsus «Hyundai» markalı, noyabrın 8-də C.Hacıbəyli küçəsində Tural Abdullayevə məxsus «Kia» markalı avtomobilin şüşəsini sındırmaq yolu ilə tanışı Könül Rüstəmova məxsus içərisində pul, bankomat kartları və müxtəlif əşyalar olan əl çantasını qarət ediblər.
Bu il yanvarın 17-nə keçən gecə Çəminzəminli küçəsində Ulduz Əhədovaya məxsus «Toyota» markalı, fevralın 9-na keçən gecə Azadlıq prospektində Tərlan Əbdülova məxsus «Kia» markalı, fevralın 10-da Ə.Rəcəbli küçəsində Mehdi Əbilova məxsus «Mitsubishi» markalı, fevralın 23-də Təbriz küçəsində Cəmilə Axundovaya məxsus «Nissan» markalı, martın 29-da M.Sənani küçəsində Cavidan Hüseynova məxsus «Hyundai» markalı, yanvarın 30-da A.Nemətulla küçəsində Ceyhun Həsənova məxsus «Nissan» markalı avtomobildən, şüşəni sındırmaqla Vəfa Həsənova, martın 7-də Ə.Əlizadə küçəsində İlkin Hacıyevə məxsus «Kia» markalı avtomobildən Günay Səlimova və Gülarə Kazımovaya məxsus içərisində planşet, sənədlər, pul və digər əşyalar olan əl çantalarını oğurlayıblar.