Bakıda maşınla qadını vurub qaçan sürücü tutuldu
28 iyun 2016 12:04 (UTC +04:00)

Bakıda maşınla qadını vurub qaçan sürücü tutuldu

0

Bakıda piyadanı vurub qaçan sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 26-da saat 16 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Nigar Xəlilova vurulub. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən “VAZ-21114” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Rövşən Əliyev saxlanılıb.

 

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar