Fevralın 27-də saat 06.50 radələrində Bakı şəhərinin Yasamal rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müəyyən edilməmiş avtomaşınla Xırdalan şəhər sakini Badam Əbdülova vurulub.
Nəticədə, xəsarət almış piyada hadisə yerində ölüb. Faktla əlaqədar araşdırma aparılır.