Bakının Qaradağ rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı avtomobilin mühərrik hissəsi və salonun üzlük hissəsi sıradan çıxıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Nərimanov rayonunda isə daha bir avtomobil yanıb. Sahibi məlum olmayan “MERCEDES” markalı minik avtomobilinin mühərriki və salon hissəsi sıradan çıxıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.