Bakıda sərxoş piyadanı vuran sürücü hadisə yerindən qaçdı
23 yanvar 2015 07:49 (UTC +04:00)

Bakıda sərxoş piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Bakıda sərxoş piyadanı maşın vurub. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində baş verib. "Sabunçu dairəsi" yaxınlığında yolu keçmək istəyən 41 yaşlı Hümbət Hacıyev naməlum avtomobillə vurulub. Hadisəni törədən maşının sürücüsü hadisə yerindən qaçıb.

 

Xəsarət alan piyadanı xəstəxanaya hadisə şahidləri gətiriblər. Müayinə zamanı məlum olub ki, maşınla vurulan piyada sərxoşdur və onun qolunda sınıq aşkarlanıb.

 

Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırmalara başlanılıb. Piyadanı vuraraq hadisə yerindən qaçan sürücünün saxlanılması istiqamətində tədbirlər görülür. Ərazidəki təhlükəsizlik kameralarının görüntüləri əsasında avtomobilin markası və dövlət nömrə nişanı artıq müəyyən edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279

Oxşar yazılar