Bakıda maşın qaçıran şəxs ələ keçdi
26 fevral 2019 11:22 (UTC +04:00)

Bakıda maşın qaçıran şəxs ələ keçdi

Bakıda maşın qaçıran şəxs saxlanılıb. Bu barədə Lent.z-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Tərtər rayon sakini V.Abbasov fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Dərhal 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə Fətəli Xan Xoyski prospektində aşkar edilib.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əhmədli saxlanılıb.

Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Səlcuq Elçin

Oxşar yazılar