Bakıda maşın piyadanı vurdu
05 mart 2018 06:11 (UTC +04:00)

Bakıda maşın piyadanı vurdu

Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, 1991-ci il təvəllüdlü Nəzərov Kamal Atabala oğlunu rayonun 9-cu mikrorayonu ərazisində yolu keçərkən minik avtomobili vurub.

 

Piyadanın xəsarət aldığını görən sürücü hadisə yerindən qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar