Bakıda maşın oğruları ələ keçdi
20 noyabr 2015 13:42 (UTC +04:00)

Bakıda maşın oğruları ələ keçdi

0

Avtomobil qaçırmış şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Sabunçu rayonu ərazisindən Emin İbrahimova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Tural Qədirov və Elman Cəbiyev tutulublar. E.Cəbiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Samir Abbasova və Anar Quliyevə məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırması da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar