Bakı şəhərinin Səbail rayonu ərazisindən mağazadan oğurluq edilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Badamdar qəsəbəsində Naxçıvan MR, Şərur rayon sakini Şirəliyev İlham Rəhman oğluna məxsus telefon mağazasından xeyli mobil telefon oğurlanıb. Şikayətçi polisə bildirib ki, gecə saatlarında naməlum şəxs və ya şəxslər mağazanın şifer tavanını söküb və içəri daxil olub. Mağazadan ümumi dəyəri 6 min manat olan 90 ədəd mobil telefon və xeyli aksessuar aparılıb.
Hazırda oğurluğu törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək yaxalanması istiqamətində iş aparılır.