Bakıda azyaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 7-də Abşeron rayonu Novxanı kəndində azyaşlı Mahir Abdullayev yaşadığı evin həyətində ehtiyatsızlıqdan hovuza yıxılıb. Uşaq suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.