Bakı şəhər sakini yaşadığı evin 5-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 13-də Bakı şəhər sakini Mais Fərəcov Nəsimi rayonu ərazisində yaşadığı evin 5-ci mərtəbəsinin açıq eyvanından ehtiyatsızlığı nəticəsində yıxılıb. Bu zaman o, həyətdə dayanmış, qonşusu Rafayel Eyyubova məxsus "Mitsubishi" markalı avtomobilin üstünə düşüb.
Hadisə nəticəsində ağır xəsarət alan M.Fərəcəov xəstəxanaya yerləşdirilib.