Bakıda «Rus Kilsə»sində yanğın olub.
Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən bildirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, bu gün səhər saatlarında Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 120 kv. metr olan Rus kilsəsinin anbar kimi istifadə olunan zirzəmisində (zirzəminin sahəsi 40 kv.m) divan, xüsusi geyimlər və dini kitablar qismən (ümumi 3 kv.m sahədə) yanıb.
Kilsə yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.