Bakıda KİA piyadanı vurdu
14 yanvar 2015 04:28 (UTC +04:00)

Bakıda KİA piyadanı vurdu

Bu gecə Bakının Xətai rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub. APA-nın məlumatına görə, hadisə paytaxtın Yusif Səfərov küçəsində qeydə alınıb. 30 yaşlı Rüstəmov Sahib Ələddin oğlu KİA markalı minik maşını ilə vurulub.

 

İlkin məlumata görə, piyada qəfildən yolun əks istiqamətinə keçmək istəyib. Həm Sahib Rüstəmovun, həm də maşının sürücüsünün diqqətsizliyi 30 yaşlı piyadanın ağır xəsarət alması ilə nəticələnib. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, sol budu sınan və üz toxumaları zədələnən Sahib Tüstəmov əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

 

Qəzanın təfərrüatını Xətai Rayon Polis İdarəsinin müstəntiqləri araşdırır. Faktla bağlı cinayət işi başlanılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204

Oxşar yazılar