Avqustun 23-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonu ərazisində dava-dalaş olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsində yerləşən “Dost qapısı” kafesində şəxsiyyəti hələlik dəqiq müəyyənləşməmiş kişi 1975-ci il təvəllüdlü qadını vəhşicəsinə döyüb. 38 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qadın polisə bildirib ki, onu Hafiz adlı şəxs döyüb.
Hazırda faktla əlaqədar araşdırmalar aparılır.