Külli miqdarda pul mənimsəyən qadının istəyi baş tutmadı
16 dekabr 2014 16:15 (UTC +04:00)

Külli miqdarda pul mənimsəyən qadının istəyi baş tutmadı

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Cəmilə Zeynalovanın işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar açıqlanıb. Qərara görə, Cəmilə Zeynalovanın apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Nizami rayon 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Cəmilə Zeynalova saxlanılıb.
Müəyyən edilib ki, Cəmilə Zeynalova Bakının ayrı-ayrı rayonlarında vətəndaşlara qarşı dələduzluq edib. O, “Binə” Ticarət Mərkəzində bizneslə məşğul olan şəxslərdən birinə qarşı dələduzluq edib.


Belə ki, ticarət mərkəzində bizneslə məşğul olan şəxslərdən biri Cəmilə Zeynalovaya yüksək məbləğ təklif etdiyindən paltarları ona nisyə verib. Bir müddət paltarları satan Cəmilə Zeynalova iş adamına çatası pulu da ödəyib. Sonradan da yüksək qiymətə çoxlu sayda paltar götürən qadın uzun müddət alverini davam etdirsə də, pulları verməyib. Buna görə də həmin iş adamına çatası külli miqdarda pul mənimsənilib.

Bundan başqa, Cəmilə Zeynalova bizneslə məşğul olan və Qubadlı rayonundan məcburi köçkün düşmüş Qalib Şıxıyevin 158 787 ABŞ dollarını mənimsəyib. Yasamal rayonunda məskunlaşan Qalib Şıxıyev Cəmilə Zeynalova ilə ortaq biznes fəaliyyəti ilə məşğul olub.
Qalib Şıxıyev Çindən və digər ölkələrdən Azərbaycana müxtəlif geyim əşyaları, pal-paltar gətirib. Cəmilə Zeynalova isə ondan mal götürərək müxtəlif ticarət mərkəzlərində satdırıb. Bir müddət normal alış-veriş edən tərəflərin münasibəti sonradan pozulub. Nəticədə Cəmilə Zeynalova iş adamının külli miqdarda pulunu mənimsəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəmilə Zeynalova 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Cəmilə Zeynalova apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126

Oxşar yazılar

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

9 fevral 2025 , 01:53
Bakıda AĞIR QƏZA

Bakıda AĞIR QƏZA

9 fevral 2025 , 00:56
Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

9 fevral 2025 , 00:37
Bakıda zəncirvari qəza-YENİLƏNİB

Bakıda zəncirvari qəza-YENİLƏNİB

8 fevral 2025 , 21:43
Sumqayıtda ana və övladı  dərmandan zəhərləndi

Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

8 fevral 2025 , 20:13
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

8 fevral 2025 , 19:21
Hacıqabulda zəlzələ oldu

Hacıqabulda zəlzələ oldu

8 fevral 2025 , 19:17
Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

8 fevral 2025 , 18:07