Bakı şəhərində əxlaqsızlıq yuvası aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,
Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də "Eleqan" masaj salonunda əxlaqsızlıq yuvası təşkil edilməsi müəyyən edilib. Məlum olub ki, salonun sahibi Bakı şəhər sakini Elşən Zeynalovun əxlaqsızlıq yuvası təşkil edir.
Hazırda araşdırmalar davam etdirilir.