Dekabrın 23-də Bakı şəhərinin Yasamal rayonunda avtomobildən külli miqdarda pul oğurlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Moskva prospekti 75 ünvanının qarşısında, həmin binanın 68-ci mənzilində yaşayan 1981-ci il təvəllüdlü Qurbanov Bayram Tofiq oğluna məxsus avtomobilin şüşəsi naməlum şəxs tərəfindən sındırılıb. Naməlum şəxs və ya şəxslər avtomobildə olan çantadan 20 min manat pulu və sənədləri götürərək aradan çıxıblar.
Polisdən verilən məlumata görə, zərərçəkmiş B.Qurbanov iş adamıdır və maşın alveri ilə məşğuldur.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.