Dekabrın 24-də axşam saatlarında Bakı şəhərinin Sabunçu rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Lent.az-ın məlumatına görə, 148 saylı xətt üzrə sərnişin daşıyan 90 RG 363 nömrə nişanlı, “Isizu” markalı avtobusun sürücüsü sükan arxasında infarkt keçirib. 2-ci Zabrat qəsəbəsində, “Seyid Market”-in qarşısında avtobus sürücünün idarəetməsindən çıxıb və 99 DF 562 nömrə nişanlı “Mercedes”ə çırpılıb.
Yaxınlıqdakı şəxslərin və sərnişinlərin köməkliyi ilə ağır vəziyyətdə olan sürücü Rasim Mahmudov və xəsarət almış sərnişin İntiqam Məmmədov təcili tibbi yardım maşını ilə 12 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.