
Bakıda iki yeniyetməni avtomobil vurub
0
0
Suraxanı rayonunda yol qəzasında iki yeniyetməni avtomobil vurub.
APA xəbər verir ki. hadisə Əmircan qəsəbəsində, 114 saylı orta məktəbin yaxınlığında baş verib.
Minik avtomobili 2003-cü il təvəllüdlü Əliyeva Ayşən Natiq qızı və 2004-cü il təvəllüdlü Həmzəliyev İlkin Zahid oğlunu vurub.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.
0
0