Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Xəzər rayonunda bir evdə 2 nəfərin meyiti tapılıb. Lent. az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək içəri daxil olublar. Evə baxış keçirərkən 1926-ci il təvəllüdlü Ağasiyeva Nabat Əlüsəlim qızı və 1959-cu il təvəllüdlü Ağasiyev Albert Şəmsibala oğlu hərəkətsiz vəziyyətdə aşkar edilib. Həkimlər tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində həmin şəxslərin vəfat etdiyi müəyyən olunub.