<b>Bakıda idmançı qızı vurub öldürən sürücü tutuldu</b>
29 iyun 2017 17:55 (UTC +04:00)

Bakıda idmançı qızı vurub öldürən sürücü tutuldu

Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu idmançı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 

Bakı şəhər Prokurorluğundan Lent.az-a verilən məlumatda qeyd olunur ki, Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu iyunun 28-də idarə etdiyi, özünə məxsus BMW markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

 

Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət  Məcəlləsinin  263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb, müvafiq  ekspertizalar təyin edilib.

 

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, R. Məmmədova dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə Azərbaycan çempionudur.

# 137
avatar

Nizam Rza

Oxşar yazılar

Qazaxda çay daşdı

Qazaxda çay daşdı

26 may 2024 , 12:05
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43
Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

26 may 2024 , 10:13
Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57
Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

25 may 2024 , 20:24
Rusiya bu azərbaycanlını deportasiya etdi

Rusiya bu azərbaycanlını deportasiya etdi

25 may 2024 , 19:14
Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

25 may 2024 , 17:53
Bakıda qadın evdən pul və 3 telefon  oğurladı

Bakıda qadın evdən pul və 3 telefon oğurladı

25 may 2024 , 17:06