Bakıda içi pulla dolu seyf oğurlanıb
27 fevral 2013 12:38 (UTC +04:00)

Bakıda içi pulla dolu seyf oğurlanıb

 

Bakıda oğurluq etmiş şəxs yaxalanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Ramil Quliyevə məxsus mağazadan içərisində 9000 manat pul və danışıq kartları olan seyfi oğurlamış Sumqayıt şəhər sakini Sələddin Quliyev müəyyən edilib.

 

S.Quliyev yaxalanaraq istintaqa təhvil verili. Araşdırmalar davam etdirilir.

# 1774
avatar

Oxşar yazılar