Bakıda Hindistandan gəlmiş usta ölümcül vəziyyətə düşdü
24 dekabr 2012 16:33 (UTC +04:00)

Bakıda Hindistandan gəlmiş usta ölümcül vəziyyətə düşdü

Bakıda işləyən Hindistan vətəndaşı ehtiyatsızlıqdan ağır xəsarət alıb. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Badamdar qəsəbəsində yerləşən və “Dia Holidinq”ə məxsus olan yataqxanada Hindistan vətəndaşı 1980-ci il təvəllüdlü Surende Kumar yıxılıb. O, ənsə nahiyəsindən ağır xəsarət alıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

S.Kumarı xəstəxanaya gətirən dostu və iş yoldaşı, 1984-cü il təvəllüdlü Mekxal Vurmanad bildirib ki, həmkarı həmin vaxt sərxoş olub.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924

Oxşar yazılar