Bakıda hərbi təlim keçiriləcək
03 may 2014 17:40 (UTC +04:00)

Bakıda hərbi təlim keçiriləcək

0

Bakıda Silahlı Qüvvələrin taborunun NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcək. Bu barədə Lent.az-a Müdafiə nazirliyindən məlumat verilib. Mayın 5-dən 8-dək davam edəcək təlimlərin məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsidir. Azərbaycan 2004-cü ilin aprel ayından NATO-nun ƏİK proqramına qoşulub.


Azərbaycan Silahlı Qüvvələri ƏİK proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı bölüyü təqdim edib, 2010-cu ilin avqust ayından isə tabor yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1474

Oxşar yazılar