Bakıda həbsxanada məhbus ölüb
27 mart 2014 10:44 (UTC +04:00)

Bakıda həbsxanada məhbus ölüb

Bakı İstintaq Təcridxanasında məhbus ölüb. Lent.az-ın məlumatına görə, martın 25-də saat 16 radələrində Bakı İstintaq Təcridxanasında saxlanılan məhbus, 1956-cı il təvəllüdlü Ağayev Rasim Əbdül oğlu qəfil ölüb. Faktla bağlı ekspertiza təyin edilib.

 

Bildirilir ki, R.Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir neçə ay əvvəl həbs olunub. İstintaq müddətində barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçilən 58 yaşlı kişinin məhkəmə prosesi davam edirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1080
avatar

Nizam Rza

Oxşar yazılar