Bakıda həbsxanada görün nə etdilər
25 yanvar 2015 18:52 (UTC +04:00)

Bakıda həbsxanada görün nə etdilər

Bakıdakı cəzaçəkmə müəssisələrinin birinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Lent.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 126.2.4 maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Bəxtiyar oğlu Mirzəyevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı, Bakı şəhər sakini vətəndaş Vüsal Bəxtiyar oğlu Mirzəyevin üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Bu zaman sovqatda olan qəndlərin 8 ədədinin oyularaq içərisində gizlədilmiş ümumi xalis çəkisi 2,14 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
 
Fakt  üzrə araşdırma aparılır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243

Oxşar yazılar