Bakıda hasar uçuran qrup tutulub. Bakı şəhər Baş Polis idarəsindən Lent.az-a verilən məlumata görə, şəhər sakinləri Orxan Bünyatzadə, Səkinə Həsənova, Vahid Cavadov, Məmməd Məmmədov, Elbrus Həsənov, Arif İbrahimov, Gülsəba Muradova və İlham Muradovun Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında yerləşən torpaq sahələrinin hasarlarının uçurulması aşkar edilib. Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində torpaq sahələrinin hasarlarını uçuranlar Bərdə rayon sakini 1982-ci il təvəllüdlü Rüfət Mahmudov, Ucar rayon sakinləri 1978-ci il təvəllüdlü Məmiş Beydullayev, 1981-ci il təvəllüdlü Durmuş Hacıyev və 1961-ci il təvəllüdlü Abbas Abbasov tutulublar.
Faktla bağlı araşdırma aparılır.