Sabunçuda bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Bakıxanov qəsəbəsində Gürcüstan vətəndaşı İlqam Yusifov evində tikinti işləri aparan zaman qarın nahiyəsinə daş parçası düşüb. Xəstəxanaya yerləşdirilən İ.Yusifov orada da ölüb.
Faktla araşdırılma aparılır.