Bakıda güclü yanğın; 4 nəfər zəhərləndi, 30 nəfər təxliyə olundu
31 yanvar 2017 09:00 (UTC +04:00)

Bakıda güclü yanğın; 4 nəfər zəhərləndi, 30 nəfər təxliyə olundu

 

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili yardım xidmətinə təhvil verilib və 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Oxşar yazılar